Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin təsis etdiyi “Bələdiyyə bayrağı” döş nişanı ilə təltif edilib.
Komitə sədri Məhərrəm Xəlilovun imzaladığı əmrlə ixtiyar Nəcəfov “bələdiyyə sahəsində səmərəli fəaliyyətinə görə” təltif edilib.
Xatırladaq ki, i.Nəcəfov 1999-cu ildən Qaraçuxur bələdiyyəsinin üzvüdür.
1999, 2004, 2009, 2014 illərdə keçirilən bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü seçilib.
Komissiya sədri, sədr müavini və 2015-ci ilin yanvarından isə bələdiyyə sədri seçilib.
Hazırda ölkəmizdə formalaşan 1607 bələdiyyə arasında Qaraçuxur bələdiyyəsi ən fəallarından biridir.
Məhz ixtiyar Nəcəfovun sədrliyi dövründə bələdiyyə bir çox diqqətiçəkən təkliflərlə çıxış edib.
Belediyye.info
|
|
|
|
|
|
|